Məşhur prodüser xəstəxanaya yerləşdirildi

Məşhur prodüser xəstəxanaya yerləşdirildi
4 dekabr 2024
# 09:15

Təcavüz və cinsi zorakılıqda təqsirləndirilən məşhur Hollivud prodüseri Harvi Vaynşteyn xəstəxanaya yerləşdirilib.

Kulis.az xəbər verir ki, 23 il müddətinə azadlıqdan məhrum edilən 72 yaşl prodüserinin qan analizlərinin çıxan nəticələrindən sonra bu addım atılıb.

Bildirilib ki, o, vəziyyəti stabilləşənə qədər həkim nəzarəti altında qalacaq.

Qeyd edək ki, bir müddət əvvəl 72 yaşlı keçmiş prodüserə sümük iliyi xərçənginin bir növü - xroniki miyeloid leykemiya diaqnozu qoyulub

2020-ci ildə Nyu-Yorkda keçirilən məhkəmə prosesindən sonra prodüser zorlama və cinsi zorakılığa görə 23 il həbs cəzasına məhkum edilib. Keçən ilin fevralında isə ona 2013-cü ildə Los-Ancelesdə aktyora təcavüz etdiyinə görə də 16 il həbs cəzası verilib.

Xatırladaq ki, Harvi Vaynşteyn hazırda Nyu-Yorkda həbsxanadadır. Bundan əvvəl o, ürək əməliyyatı keçirib. O, Nyu-Yorkun səhiyyə sistemini məhkəməyə verib.

# 2280 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər