Məşhur müğənninin qardaşı həbs edildi

Haluk Levent və qardaşı Berkant Acil

Haluk Levent və qardaşı Berkant Acil

30 iyun 2026
# 15:00

Türkiyədə İstanbul Anadolu Baş Prokurorluğunun Şile Bələdiyyəsi ilə bağlı həyata keçirdiyi genişmiqyaslı və səs-küylü istintaq tədbirləri çərçivəsində axtarışa verilən 18 şübhəlidən 17-si hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Kulis.az xəbər verir ki, sayca üçüncü dəfə baş tutan bu xüsusi əməliyyatın nəticələrinə əsasən, nəzarətə alınan şəxslərdən 13-ü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Geri qalan 4 şübhəli isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Hadisənin ən çox diqqət çəkən və gözlənilməz tərəfi isə həbs olunanlar arasında sevilən türkiyəli müğənnisi Haluk Leventin doğma qardaşı Berkant Acilin də yer almasıdır. Məhkəmə prosesinin ardınca o, dərhal cəzaçəkmə müəssisəsinə göndərilib.

Qeyd edək ki, həbs edilənlər məqsədyönlü şəkildə cinayətkar şəbəkə yaratmaq və ona rəhbərlik etmək və ya üzv olmaq, rüşvətxorluq, hədə-qorxu gələrək pul tələb etmək və dövlət tenderlərində saxtakarlığa yol vermək kimi ciddi cinayət əməllərində təqsirləndirilirlər.

# 727 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər