Məşhur marka Meksikada mədəniyyət oğurluğunda ittiham olunur

Məşhur  marka Meksikada mədəniyyət oğurluğunda ittiham olunur
9 avqust 2025
# 10:30

Meksikanın Oaxaca ştatının rəsmiləri "Adidas"ı və amerikalı dizayner Villi Çavarriyanı yeni “Oaxaca Slip-On” ayaqqabı modelinə görə mədəniyyət oğurluğunda ittiham ediblər.

Kulis.az xəbər verir ki, dizayn ənənəvi “huaraçe” sandallarını xatırladır və yerli Zapotek icmasının mədəni kimliyi ilə sıx bağlıdır.

Oaxaca qubernatoru Salomon Jara "Adidas"ı icmanın razılığı olmadan və müəlliflərinə patent vermədən onların ənənəvi dizaynını mənimsəməkdə günahlandırıb.

Əyalətin Mədəniyyət və İncəsənət Nazirliyi şirkətdən satışın dayandırılmasını, məhsulun mənşəyinə aydınlıq gətirilməsini və yerli icma ilə dialoqa başlanmasını tələb edib.

Meksika 2022-ci ildə yerli xalqların mədəni və intellektual mülkiyyət hüquqlarını qoruyan qanun qəbul edib.

Qeyd edək ki, "Adidas" hələlik məsələyə rəsmi münasibət bildirməyib.

# 1449 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər