Məşhur ifaçıya qarşı plagiat ittihamı

Məşhur ifaçıya qarşı plagiat ittihamı
24 aprel 2026
# 12:00

Rusiyalı ifaçı ØneHeart (Dmitri Volınkin) ABŞ-da müəllif hüquqlarını pozmaqda günahlandırılır.

Kulis.az xəbər verir ki, ittihamçıların fikrincə, o, az tanınan musiqiçilərin əsərlərini orijinal müəlliflərin adını qeyd etmədən götürərək onların əməyini mənimsəyir.

Belə ki, amerikalı musiqiçi "My Head Is Empty" iddia edir ki, rusiyalı sənətçi onun treklərinin qapaq şəkillərini kopyalayaraq özününkü kimi təqdim edir. Hətta onun "Drimskeyp" musiqi şirkətinin nümayəndələrinə müraciətindən sonra belə problem həll olunmayıb.

Bundan əlavə, "My Head Is Empty" bildirir ki, Volınkinin qlobal miqyasda məşhurlaşan "Snowfall" hitinin əsas işini "Reydenşi" təxəllüslü digər bir ifaçı görüb. Buna baxmayaraq, Volinkin özünü əsas müəllif hesab edir və həmmüəllifin adını çox nadir hallarda qeyd edir.

Səsləndirilən ittihamlara cavab olaraq Volınkin "My Head Is Empty"yə məhkəməyəqədərki iddia məktubu göndərib. Rusiyalı musiqiçi həmkarından onun haqqında yalan ittihamların yayılmasını dərhal dayandırmağı tələb edib.

Qeyd edək ki, Tambovdan olan ØneHeart "Snowfall", "This Feeling", "Every Night" və "Neverending" kimi hitlərin müəllifidir. O, 2024-cü ildə rəqəmsal musiqi platformalarında böyük sıçrayış edərək, hətta dahi bəstəkar Pyotr Çaykovskini də geridə qoymuş və "Spotifay"da ən populyar rusiyalı musiqiçi zirvəsinə yüksəlmişdi.

# 990 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər