Məşhur ifaçı ilə bağlı məhkəmə qərarı

Məşhur ifaçı ilə bağlı məhkəmə qərarı
29 avqust 2025
# 15:03

Amerikalı müğənni Lil Nas X (əsl adı: Montero Lamar Hill) Los Ancelesdə iç geyimi və kovboy çəkmələri ilə gəzərkən kameralara tuş gəlib.

Kulis.az xəbər verir ki, bir müddət əvvəl narkotik şübhəsi ilə xəstəxanaya yerləşdirilən 26 yaşlı ifaçı həmin gün polis əməkdaşlarına müqavimət göstərdiyi iddiası ilə həbs olunmuşdu.

Həftə sonunu həbsdə keçirən sənətçi dünən hakim qarşısına çıxıb. Prokurorluq onu üç dəfə polis əməkdaşına xəsarət yetirmək və bir dəfə vəzifəli şəxsin əmrinə tabe olmamaq ittihamları ilə günahlandırıb. Sənətçi isə ittihamları rədd edib.

“Old Town Road” və “Montero” kimi hitləri ilə tanınan müğənni 75 min dollar zəmanət müqabilində azad edilib. Onun növbəti məhkəməsi 15 sentyabrda keçiriləcək. Əgər Lil Nas X günahkar bilinsə, 5 ilə qədər həbs cəzası ala bilər.

Sənətçinin vəkilləri hadisənin istisna xarakter daşıdığını bildirir. Ailəsi isə onun peşman olduğunu və heç bir qanunsuz maddə qəbul etmədiyini deyib.

# 1216 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər