Məşhur bəstəkarın qaradinməz qızı - “Böyük Dayaq”ın Mayası kim idi?

Məşhur bəstəkarın qaradinməz qızı -  “Böyük Dayaq”ın Mayası kim idi?
23 iyul 2023
# 20:00

Bu gün aktrisa Tamilla Rüstəmovanın anım günüdür. Kulis.az bu münasibətlə sənətçi haqqında maraqlı faktları təqdim edir.


Tamilla Səid qızı Rüstəmova 1936-cı ildə Bakıda anadan olub. 1959-cu ildə Qnesinlər adına Musiqi institutunun "fortepiano" ixtisası üzrə bitirib.

***

Tamilla Rüstəmova Azərbaycanın görkəmli bəstəkarı Səid Rüstəmovun böyük qızıdır. Onlar ailədə iki bacı, iki qardaş olublar. Rüstəmovlar ailəsinin 4 övladından yalnız kiçiyi - Rəna Rüstəmova hazırda sağdır.

O, hələ həmin Akademiyada oxuduğu illərdə orada vokalçı ixtisası üzrə təhsil alan latış tələbə Olgerd Krastınşla tanış olur. Sonra onlar münasibətlərini rəsmiləşdirməyi qərara alırlar.

***

1959-cu ildə Akademiyanı bitirən gənclər ailə qururlar. Gənc ailə daimi yaşamaq üçün Riqa şəhərinə köçür. Aktrisa ərə gedəndən sonra Rüstəmova-Krastınş soyadını götürür. Onların bu evlilikdən Velta adlı bir qızı dünyaya gəlir.
Riqada Tamilla xanım uzun müddət musiqi məktəbində fortepiano ixtisası üzrə müəllim işləyir.

***

Onun əri Olgerd Krastınş isə opera ifaçısı olmaqla yanaşı, aktyor kimi də bir neçə filmdə çəkilib.

Tamilla Rüstəmova “Böyük dayaq” və “Ulduz” filmlərinə yay fəslində Bakıya dincəlməyə gələrkən atasının məsləhəti ilə çəkilir. Ona ən böyük uğuru da bu filmlərdəki Ulduz və Maya obrazları olur.

***

Tamilla Rüstəmovanın Olgerd Krastınşla evliliyi uzun sürməyib. Təxminən 10 ildən sonra azərbaycanlı aktrisa latış ərindən boşanaraq, Bakıya - valideynlərinin yanına köçür.

***

Bakıda o, Bülbül adına musiqi məktəbində fortepiano müəllimi kimi fəaliyyət göstərməyə başlayır.

***

1971-ci ildə Tamilla xanımın anası vəfat edir, 1983-cü ildə isə atası Səid Rüstəmov dünyasını dəyişir.

***

Bakıda yaşadığı illərdə Tamilla xanım “Axırıncı aşırım” filmində də epizodik rola çəkilir. Maraqlıdır ki, Tamilla Rüstəmova qaradinməz insan olub. O, həmişə mətbuatdan qaçmağa çalışıb, radio, televiziya və qəzetlərə müsahibə verməkdən yayınıb. Bu səbəbdən də onun haqqında internet resurslarında da məlumat çox azdır.

T. Rüstəmova Bakıda yaşadığı müddətdə qızı Velta böyüyərək orta məktəbi bitirib, ali məktəbdə təhsil alaraq rus dili ədəbiyyatı, mədəniyyəti, psixologiya və pedaqogikası ixtisasına yiyələnib. Paytaxtda müəllim işləyən Velta İqor Tsvetkov adlı bakılı rusla ailə qurub.

***

Tamilla Rüstəmovanın kürəkəni İqor Tsvetkov indiki Azərbaycan Neft və Sənaye Universitetini (keçmiş Neft və Kimya İnstitutu) bitirib, ixtisasca neftçidir. İqor Tsvetkov xeyli müddət Bakıda neft yataqlarında mühəndis işləyib.

***

1998-ci ildə aktrisa qızı və kürəkəni ilə daimi yaşamaq üçün Moskva şəhərinə köçüb.

Aktrisanın qızı Velta xanımın həyat yoldaşı İqor 2014-cü ilə qədər Rusiyada fəaliyyət göstərən AST Şirkətlər Qrupunda baş mühəndis işləyib. İndi isə informasiya-texnologiyaları üzrə mütəxəssis kimi çalışır.

***

Deyilənə görə, Tamilla xanım ikinci dəfə ərə gedib. Onun ikinci həyat yoldaşı azərbaycanlı İsrail Hənifəyev adlı şəxs olub. İsrail Hənifəyev vaxtilə Bakıda - keçmiş Ticarət Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb.

Uzun müddət ürək xəstəliyindən əziyyət çəkən Tamilla Rüstəmova 2020-ci il iyulun 23-də 84 yaşında Moskvada vəfat edib. O, Moskvada dəfn olunsa da, nəşi müsəlman qaydalarına uyğun olaraq Moskvadakı məscidə aparılıb, sonra dəfn mərasimi keçirilib.

# 21042 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər