Məşhur aktyor pərəstişkarlarından üzr istədi - Səbəb

Məşhur aktyor pərəstişkarlarından üzr istədi - Səbəb
25 noyabr 2025
# 17:40

Hollivud ulduzu Kevin Speysi son günlər mediada yayılan evsiz qalması barədə xəbərlərin təhrif olunduğunu bildirib.

Kulis.az xəbər verir ki, 66 yaşlı aktyor sosial şəbəkədə paylaşım edərək sözlərinin kontekstdən çıxarıldığını vurğulayıb.

O, hazırda çətin dövr yaşadığını, lakin kirayədə və ya hotellərdə qaldığını qeyd edib:

"Küçələrdə, öz maşınlarında yaşayan, həqiqətən ağır maddi vəziyyətdə olan çox sayda insan var. Onlar üçün çox narahatam. Lakin onlardan biri deyiləm. Mən özümü onlarla bir tutmağa çalışmamışam. Məqalənin kliklərin sayını artırmaq üçün mətnin mahiyyətini təhrif edilərək yayılması məni çox utandırır. Buna görə pərəstişkarlarımdan üzr istəyirəm".

Xatırladaq ki, 2017-ci ildən bəri Kevin Speysiyə qarşı ondan çox seksual xarakterli təcavüz ittihamı irəli sürülüb. ABŞ-də 2022-ci, Londonda isə 2023-cü ildə bəraət alsa da, aktyorun Hollivud karyerası ciddi şəkildə zəifləyib.

Son illər Speysi əsasən gənc rejissorların aşağı büdcəli filmlərində və Kiprdə təşkil olunan şou proqramlarda yer alıb. Bununla belə, aktyor yenidən böyük ekrana qayıda biləcəyinə ümid etdiyini deyir.

# 1017 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər