Məşhur aktyor Amerikanı tərk edir

Məşhur aktyor Amerikanı tərk edir
6 noyabr 2024
# 11:52

Məşhur aktyor Riçard Qir Amerikadan köçmək qərarına gəlib.

Kulis.az xəbər verir ki, 75 yaşlı sənətçi İspaniyada yaşayacağını açıqlayıb.

Aktyor Konnektikutda dəyəri təxminən 11 milyon dollar olan malikanəsini satışa çıxarıb.

Qir 2022-ci ildə malikanəsini 10,8 milyon dollara alıb və həyat yoldaşı Alexandra Silva və iki uşağı ilə orada yaşayır. 1938-ci ildə tikilmiş evdə 11 vanna otağı, üç otaqlı qonaq evi, hovuzu və 32 hektar əraziyə yayılmış bir neçə bağ var.

Məşhur aktyor yaxınları ilə daha çox vaxt keçirmək üçün ABŞ-ı tərk edib İspaniyada həyat yoldaşı Silva ilə yeni həyata başlamaq istədiyini deyib.

Qeyd edək ki, Qir Silva ilə 2014-cü ildə İtaliyanın Pozitano şəhərində tanış olub. Məşhur cütlük 2018-ci ildə ailə həyatı qurub.

# 2335 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər