Məşhur aktrisanın keçmiş həyat yoldaşı güllələndi

Məşhur aktrisanın keçmiş həyat yoldaşı güllələndi
2 avqust 2025
# 13:10

İzmirin Çeşme rayonunda bir əyləncə məkanında spirtli içki qəbul edərək aranı qarışdıran iki şəxs mübahisə zəminində buranın rəhbəri Mustafa Aksakallıya tapança ilə ayağından atəş açıb. Məkandakı çaxnaşma mobil telefon kamerasına düşüb və məşhur aktrisa Ezgi Molanın keçmiş əri Aksakallıya atəş açan iki hücumçu tutulub.

Kulis.az xəbər verir ki, gecə saatlarında M.E.A. və H.K.A. Çeşmə rayonu Hacımemiş məhəlləsindəki bir məkanda spirtli içki qəbul etdikdən sonra mübahisə başlayıb. Məkan sahibi və Ezgi Molanın keçmiş əri Mustafa Aksakallı müdaxilə etməyə cəhd göstərib. Mübahisə qısa zamanda davaya çevrilib və bir nəfər Aksakallıya tapança ilə atəş açıb. Ağsakallı ayağından güllə yarası alıb, Z.G. də vurulub.


Silah səslərindən dəhşətə gələn ərazidə olan insanlar təşviş içində qaçmağa başlayıblar. Xaos zamanı 33 yaşlı R.B.C., 21 yaşlı D.B., 20 yaşlı K.E., onun həmyaşıdalrı A.İ.T. və E.Y. yerdəki şüşə qırıqları nəticəsində yüngül şəkildə yaralanıb.

Ayağından vurulan Aksakallı yerə yıxılıb və dörd-beş dəfə atəş açıldığı güman edilir. Silah səslərini eşidən məkada əylənənlər özlərini qorumaq üçün masaların altına gizləniblər. Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb işçiləri göndərilib. Polis iki şübhəli şəxsi də saxlayıb.

Yaralılar təcili yardım maşını ilə Çeşme Alper Çizgenakat Dövlət Xəstəxanasına aparılıb. Xəsarət alan yeddi nəfərin hamısının vəziyyətinin yaxşı olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.

# 1666 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər