"Mərmər soyuğu" filmi beynəlxalq mükafata layiq görülüb

"Mərmər soyuğu" filmi beynəlxalq mükafata layiq görülüb
30 iyun 2023
# 11:10

"Mərmər soyuğu" filmi beynəlxalq mükafata layiq görülüb.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm”, İTV, BMM və “Arizona” şirkətlərinin birgə istehsalı olan “Mərmər soyuğu” filmi Yunanıstanda keçirilən 5-ci Beynəlxalq Kimolos Film Festivalının əsas mükafatına – “Qızıl ağac”a (“Qran-Pri”) layiq görülüb.

Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, operatorları Oktay Namazov və Adil Abbasov, rəssamı isə Rafiq Nəsirovdur. Prodüserlər Fariz Əhmədov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüser isə İradə Bağırzadədir. Baş rollarda Elşən Əsgərov, Natavan Abbaslı və Qurban İsmayılov çəkiliblər. Uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edən filmdə həbsdən evə qayıdan ata oğlunun həyatına müdaxilə etməyə çalışır.

Qeyd edək ki, “Mərmər soyuğu” Tallin Qara Gecələr Film Festivalının “Ən yaxşı aktyor”, 16-cı Avrasiya Beynəlxalq Film Festivalının “Ən yaxşı rejissor” mükafatlarına layiq görülüb.

# 2627 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər