Mərakeşdə Azərbaycanı tanıtım tədbiri keçirilib

Mərakeşdə Azərbaycanı tanıtım tədbiri keçirilib
16 may 2025
# 09:10

"Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyinin təşəbbüsü və Rabat şəhərinin Aqdal meriyası ilə birgə Mərakeş gəncləri üçün Azərbaycanın təbliğinə həsr olunmuş tədbir təşkil edilib.

Kulis.az xəbər verir ki, tədbirin əsas məqsədi Azərbaycan haqqında məlumatlılığın artırılması, ölkəmizin tarixi, mədəniyyəti və müasir inkişafı barədə mərakeşli gəncləri məlumatlandırmaq olub.

Tədbir çərçivəsində “Azərbaycanı kəşf et” adlı təqdimat nümayiş etdirilib.

Təqdimatda qonaqlara Azərbaycanın zəngin mədəni irsi, təbiəti, iqtisadi nailiyyətləri və beynəlxalq arenada artan rolu barədə ətraflı məlumat verilib.

Tədbir çərçivəsində, həmçinin “Nərgiz” jurnalının nəşr etdiyi “Əlifba” kitabı gənclərə təqdim olunub. Bu nəşr Azərbaycanın dili, mədəniyyəti və adət-ənənələri ilə maraqlanan gənclərin marağına səbəb olub. Sonda kitablar tədbir iştirakçılarına hədiyyə edilib.

# 1629 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər