Məmmədəli Ağayev Rusiyada saxlanıldı

Məmmədəli Ağayev Rusiyada saxlanıldı
29 avqust 2025
# 13:47

Moskva Satira Teatrının keçmiş direktoru Məmmədalı Ağayev Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Kulis.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib. O, dələduzluqda şübhəli bilinib.

Keçmiş direktor istintaq fəaliyyətinin aparılması üçün Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin Mərkəzi İnzibati Dairəsinə çatdırılıb. Saxlanılan şəxsin və yaxın qohumlarının hesabları dondurulub.

Qeyd edək ki, Məmmədəli Ağayev 1985-ci ildən teatrda baş inzibatçı, rejissor köməkçisi, direktor müavini, icraçı direktor vəzifələrində çalışıb, 1992-ci ilin noyabrından 2021-ci ilin dekabrınadək isə Moskva Akademik Satira Teatrının direktoru olub.

# 1583 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər