MEMİM “Sənət dialoqu” adlı yeni layihəyə başlayır

MEMİM “Sənət dialoqu”  adlı yeni layihəyə başlayır
23 fevral 2026
# 13:42

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) “Sənət dialoqu” adlı yeni layihəyə başlayır.

Kulis.az xəbər verir ki, layihənin əsas məqsədi tanınmış mədəniyyət xadimlərinin paytaxt və regionlarda fəaliyyət göstərən incəsənət məktəblərinin şagirdləri ilə görüşlərinin təşkili, sənətkarların öz bilik və təcrübələrini gənc istedadlarla bölüşməsi, gənc nəslin sənət zövqünün zənginləşdirilməsi, onların yaradıcılıq potensialının stimullaşdırılmasıdır.

Layihə çərçivəsində musiqi, teatr, kino, rəssamlıq, rəqs, dekorativ-tətbiqi sənət və s. sahələrin nümayəndələri ilə görüşlər nəzərdə tutulur.

Fevralın 28-də “Sənət dialoqu” layihəsi üzrə ilk görüş Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Bakı Xoreoqrafiya Akademiyasının (BXA) prorektoru, Xalq artisti, xoreoqraf və pedaqoq Təranə Muradova ilə keçiriləcək.

Görüş BXA, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Azərbaycan Dövlət Uşaq Filarmoniyası və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin dəstəyi ilə gerçəkləşəcək.

# 1266 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər