Məleykə Abbaszadə: "İmtahana bıçaq və qumbara keçirmək istəyənlər olub"

Məleykə Abbaszadə:  "İmtahana bıçaq və qumbara keçirmək istəyənlər olub"
17 mart 2023
# 13:34

Əvvəllər imtahan zalına hansısa alətləri, bıçaq və qumbara keçirmək istəyənlər olub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında deyib.

"Biz kriminal xronikanı heç vaxt şişirtməmişik. Çünki hüquq mühafizə orqanları prosesə nəzarət edir və belə hallar olanda aradan qaldırılır. Biz bəzi halları müzakirə edəndə, insanların həmin şəxslərə yazığı gəlir. Deyirlər, nə olar ki, özü getməyib qardaşı gedib, üzərində iki-üç telefon tapılıb".

Məleykə Abbaszadə deyib ki, telefonu zala keçirmək üçün müəyyən müəllimlər, kurslar tələbələrinə tapşırıq verirlər:

"Teleqram kanallarında bununla əlaqədar müəyyən çağırışlar edilir. Bəs nə üçün bu məsələlər ictimaiyyət arasında müzakirə edilmir?!"

Sədr deyib ki, imtahan binası bir həftə öncə açıqlanır: "Belə olan halda şagirdlər bir-birləri ilə əlaqə yaratmağa çalışırlar. Onlar zala daxil olanda bir-birlərini yaxşı tanıyırlar. Belə hadisələri biz də görürük. Təbii ki, sosial şəbəkələrdə biz onlara hansısa maneə törədib, bu proseslərə qatılmırıq. Lakin nəzarətçi şəxs imtahan otağında şəraitin necə olduğunu bilir. Amma nə üçün onlar qınanmır. Bu hallar axıra qədər araşdırılır".

# 2976 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər