Məktəblilər uşaq ədəbiyyatını müzakirə etdilər

Məktəblilər uşaq ədəbiyyatını müzakirə etdilər
8 aprel 2022
# 14:10

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında TEAS Press Nəşriyyat evinin “Üç alma” uşaq ədəbiyyatı bölməsində nəşr olunan bir sıra kitabların müzakirəsi keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə TEAS Press Nəşriyyatı haqqında qısa məlumat verilib. Bildirilib ki, nəşriyyatın "3 alma" uşaq ədəbiyyatı bölməsi 2014-cü ildə yaradılıb. Bölmənin məqsədi Azərbaycan dilində uşaqları əyləndirmək, maarifləndirmək və onları mütaliəyə həvəsləndirməkdir.

Söhbət zamanı məktəblilər oxuduqları ingilis uşaq yazarları Kris Oksleydin “Dağlar”, “Dərələr”, “Vulkanlar”, E.Labrekin “Mağaralar”, “Adalar” və eləcə də Ancela Roystonun “Dağlarda qida zənciri”, “Səhralarda qida zənciri”, “Çöllərdə qida zənciri” kitablarını müzakirə ediblər.

Sonra uşaqlara kitablar barədə slayd formatında maraqlı məlumatlar verilib, mövzu üzrə viktorina keçirilib.

Tədbirin keçirilməsində məqsəd uşaqları təbiət haqqında biliklərini zənginləşdirmək, relyef formaları, onların quruluşu, heyvanlar aləmi və onların xüsusiyyətlərilə bağlı məlumatlandırmaqdır.

# 2867 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər