Meksikada Çe Gevara və Fidel Kastronun abidələri bərpa ediləcək

Meksikada Çe Gevara və Fidel Kastronun abidələri bərpa ediləcək
31 iyul 2026
# 11:00

Meksikada Mexiko rəhbərliyi 2022-ci ildə sökülmüş Ernesto Çe Gevara və Fidel Kastronun abidələrinin qaytarılması proseduruna başlayıb və onları ictimai məkanlarda quraşdırmaq niyyətindədir.

Kulis.az xəbər verir ki, bu barədə "Prensa Latina" agentliyinə istinadən Meksika paytaxtının meri Klara Bruqada məlumat yayıb.

Bruqadanın sözlərinə görə, 1985-ci il zəlzələsindən sonra Meksikaya göstərilən tibbi yardıma minnətdarlıq əlaməti olaraq ucaldılan Kuba inqilabçılarının büstləri tezliklə öz qanuni yerinə qayıda bilər. O vurğulayıb ki, abidələrin bərpası təşəbbüsü ilə şəxsən çıxış edib.

"Biz ideoloji qərəzlərin təsiri altında tarixi yaddaşın və xalqlararası dostluğun silinməsinə imkan verə bilmərik", – deyə Bruqada bildirib.

O qeyd edib ki, şəhər rəhbərliyi artıq hüquqi prosedur başladıb və yaxın vaxtlarda abidələrin tarixi və mədəni əhəmiyyətinə uyğun yeni yerini yekun olaraq müəyyənləşdirmək üçün sakinlərlə ictimai məsləhətləşmələrə başlanılacaq.

Təxminən bir həftə əvvəl yerli sakinlər və ictimai təşkilatlar Mexiko hökumət binasının qarşısında etiraz aksiyası keçirərək büstlərin qaytarılmasını tələb ediblər. Aksiya iştirakçıları "Çe və Fidel ləyaqətdir" və "Qəhrəmanlarımızı qaytarın" yazılı plakatlar qaldırıblar.

Ertəsi gün tarixçilərin və ictimai xadimlərin çıxış etdiyi, Kuba inqilabçılarının irsinə həsr olunmuş mədəni forum keçirilib. Onlar xatırladıblar ki, abidələr minlərlə insanın həyatına son qoyan 1985-ci ilin dağıdıcı zəlzələsindən sonra Mexikoya kubalı həkimlərin göndərilməsinə görə minnətdarlıq əlaməti olaraq ucaldılıb.

Qeyd edək ki, 2022-ci ildə abidələr şəhərin əvvəlki rəhbərliyinin qərarı ilə sökülüb ki, bu da geniş ictimai rezonansa, solçu hərəkatlar və akademik dairələr tərəfindən tənqidlərə səbəb olmuşdu. Xəbər dünya rubrikasında yer alır.

Ernesto Çe Gevara kimdir?

Ernesto "Çe" Gevara (1928-1967) — argentinalı marksist inqilabçı, həkim, partizan lideri və Kuba inqilabının əsas fiqurlarından biridir. O, sosial ədalətsizliyə və imperializmə qarşı mübarizənin qlobal simvoluna çevrilib. 1967-ci ildə Boliviyada inqilabi hərəkat təşkil edərkən ələ keçirilərək edam edilib.

# 811 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər