Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu

Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu
6 aprel 2026
# 15:53

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub.

Kulis.az xəbər verir ki, Azərbaycanın birinci xanımına muzey haqqında məlumat verildi.

Muzeyin binası vaxtilə Tbilisidə yaşayan Mirzə Fətəli Axundzadənin vəsaiti ilə inşa edilib. Gürcüstanın azərbaycanlı ziyalılarının müraciətinə əsasən, 1982-ci ildə binada Mirzə Fətəli Axundzadənin ev-muzeyi yaradılıb. 1996-cı ildə Ümummilli Lider Heydər Əliyevin Gürcüstana rəsmi səfərindən sonra bu mədəniyyət ocağı əsaslı təmir olunaraq, həmin vaxtdan mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir.

Gürcüstan Prezidentinin Sərəncamına əsasən, 2007-ci ildə Mərkəzə Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilib və 2013-cü ildə Azərbaycan Respublikasının maliyyə dəstəyi ilə burada əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Elə həmin il mayın 8-də keçirilmiş muzeyin açılış mərasimi Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub.

Hazırda muzeyin nəzdində fəaliyyət göstərən mədəniyyət mərkəzində xalçaçılıq, musiqi, o cümlədən muğam, rəsm və dil kursları var.

Əsas məqsədi mədəniyyətimizi və xalqımızın mədəni irsini Gürcüstanda qoruyub saxlamaq və təbliğ etmək olan muzeydə bu ölkədə fəaliyyət göstərən müxtəlif muzeylərin fondlarından Azərbaycanın mədəni irsinə aid əşyalar tədqiq edilir, onların sərgiləri keçirilir.

Burada milli musiqi alətlərimizin və geyimlərimizin, xalq sənətinin müxtəlif sahələrinə aid nümunələrin, M.F.Axundzadənin həyat və fəaliyyətini əks etdirən eksponatların və digər maraqlı əşyaların nümayiş olunduğu 6 ekspozisiya zalı var.

Ekspozisiyada Gürcüstanda yaşayan etnik azərbaycanlılar tərəfindən toxunmuş və Milli Muzeydə saxlanılan ənənəvi xalçalar da təqdim olunur. Onların yaradılma tarixi yüzilliklərə gedib çıxır. Bu xalçaların toplanması və elmi cəhətdən öyrənilməsi XIX əsrin ortalarından – məhz Gürcüstan Milli Muzeyinin hüquqi varisi olduğu “Qafqaz Muzeyi” dövründən başlayır.

Azərbaycan-Gürcüstan dostluğuna həsr olunmuş zalda hər iki ölkənin heykəltaraşlarının xalqlarımızın dostluq münasibətlərini əks etdirən əsərləri, Tbilisi şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkının, M.F.Axundzadə adına məktəbin və kitabxananın, Bakı şəhərindəki Tbilisi prospektinin və “Dostluq abidəsi”nin fotoşəkilləri yer alıb.

Mədəni tədbirlər və konfransların da keçirildiyi muzeydə Mirzə Şəfi Vazehin 1820-1830-cu illərdə Gəncədə qurduğu “Divani-Hikmət” ədəbi məclisinin fəaliyyətini davam etdirən “Müdriklər Məclisi” yaradılıb. Burada Tbilisi şəhərində yeganə olan Azərbaycan dilində kitabxana və incəsənət qalereyası fəaliyyət göstərir.

Sonra Azərbaycanın birinci xanımı muzeyin xatirə kitabına ürək sözlərini yazdı. Uşaqlar tərəfindən toxunmuş kiçik xalçalar xanım Mehriban Əliyevaya hədiyyə olundu.

# 1317 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər