Məhəmməd Əmin Rəsulzadəyə həsr olunan kitab sərgisi hazırlandı

Məhəmməd Əmin Rəsulzadəyə həsr olunan kitab sərgisi hazırlandı
30 iyul 2024
# 12:30

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycan Xalq Cümhuriyyətinin qurucu liderlərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr olunmuş virtual kitab sərgisini istifadəçilərə təqdim edib.

Kulis.az xəbər verir ki, virtual kitab sərgisində Şərqdə ilk demokratik respublikanın qurulmasında danılmaz xidmətləri olan Rəsulzadənin ədəbi yaradıcılıq nümunələri haqqında geniş məlumat verilib.

Sərgidə M.Ə.Rəsulzadənin müəllifi olduğu və haqqında qələmə alınan “Azərbaycan müstəqillik üçün mübarizə yolunda”, “Azərbaycan şairi Nizami”, “Məhəmməd Əmin Rəsulzadə mətbuat haqqında”, “Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri”, “Bir kərə yüksələn bayraq, bir daha enməz!”, “Əsrimizin Siyavuşu”, “İran yazıları”, “Son nəfəsədək Azərbaycan”, “Bakı və Azərbaycan tarixinə dair əsərlər”, “Rəsulzadə xatirələri” kimi 30-a yaxın kitabın qısa annotasiyası təqdim olunub. Materialda Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan, hürriyyət və istiqlal haqqında söylədiyi fikirlər, səs yazıları da yer alıb.

Virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/mehemmed-emin-resulzade yerləşdirilib.

# 3413 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər