Mədəniyyətimiz radiodalğalarında – yeni layihələr

Mədəniyyətimiz radiodalğalarında – yeni layihələr
25 iyun 2024
# 15:30

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və “Pro Media Group” MMC-nin təşkilatçılığı ilə yeni radio layihələrinə start verilib.

Kulis.az xəbər verir ki, birgə əməkdaşlıq nəticəsində “Azərbaycan dili”, “Mədəni irsimiz” və “Mədəni afişa” rubrikaları, eləcə də “Sənətin səsi” verilişi dinləyicilərə təqdim edilir. “Retro FM” (93.3 FM) radiostansiyasında yayımlanan “Mədəni irsimiz” rubrikasında nəsildən-nəslə ötürülən mədəni irs nümunələrimiz, paytaxt Bakıda, həmçinin Azərbaycanın digər şəhər və rayonlarında yerləşən tarix-memarlıq və mədəniyyət abidələri, binaları haqqında məlumat verilir. “Avto FM” (107.7 FM) və “Retro FM” (93.3 FM) dalğalarında yayımlanan “Mədəni afişa” rubrikasında Akademik Milli Dram, Akademik Opera və Balet, Akademik Musiqili, Akademik Rus Dram, Milli Gənc Tamaşaçılar, Kukla, Pantomima, Yuğ və Şuşa Dövlət Musiqili Dram teatrlarının səhnəsində nümayiş olunacaq tamaşalar haqqında məlumat diqqətə çatdırılır.

“Avto FM”, “Retro FM” və “Hit FM” (97.7 FM) radiostansiyalarında yayımlanan “Azərbaycan dili” rubrikasında Azərbaycan dilinin leksik, qrammatik qaydalarına uyğun düzgün yazılış və tələffüz normalarından bəhs olunur. “Retro FM”in efirində həftəiçi 5 gün saat 13:00-14:00-da canlı yayımlanan “Sənətin səsi” verilişində isə milli musiqimizin inkişafında əvəzsiz xidmətləri olmuş bəstəkar, xanəndə, estrada və opera ifaçıları haqqında onların irsinin tədqiqatçıları, ailə üzvləri və tələbələri ilə müsahibələr təqdim olunur.

Təqdim olunan dörd layihə Azərbaycan mədəniyyətinin daha geniş auditoriyada təbliğinə töhfə olmaqla yanaşı, auditoriyanın mədəniyyət tədbirlərinə, teatrlara, tamaşalara marağın artırılmasına da xidmət edir.

# 2404 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər