“Mədəniyyət və Hüquq: Müasir Çağırışlar" Forumu keçirildi

“Mədəniyyət və Hüquq: Müasir Çağırışlar"  Forumu keçirildi
10 dekabr 2025
# 17:38

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Mədəniyyət və Hüquq: Müasir Çağırışlar" Forumu keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, forumda çıxış edən mədəniyyət naziri Adil Kərimli mədəniyyət və hüququn paralel hərəkət etməsinin əhəmiyyətindən danışıb.

“Hər şeyin başında mədəniyyət anlayışı dayandığı kimi, hüquq sistemində də mədəni dəyərlərimiz nəzərə alınmalı, bu əsasda qanunvericilik formalaşmalıdır”, - nazir bildirib.

Daha sonra çıxış edən Milli Məclisin sədr müavini Ziyafət Əsgərov bildirib ki, cəmiyyətdə hüquqi mədəniyyətin formalaşması çətin və lazımlı prosesdir: “Bu gün mədəniyyətin qorunmasında hamımız fəal iştirak etməliyik. Bu, nazirliyin və yaxud mədəniyyət xadimlərinin işi yox, ümumən cəmiyyətin məsələsidir”.

Milli Məclisin digər sədr müavini Rafael Hüseynov isə çıxışında bildirib ki, dil və mədəniyyət məsələsində hər bir kəs səfərbər olmalıdır: “Doğrudur, "səfərbər" sözü daha çox hərbi sahəyə aid edilir, amma məhz dil və mədəniyyət kontekstində də səfərbər olmaq vacibdir. Bu mənada, bu gün dilin saflığının qorunması son dərəcə vacibdir və bu, böyük mənada elə mədəniyyətin də qorunması deməkdir”.

Daha sonra üçhissəli panel müzakirə başlayıb. Panel müzakirələrdə iştirakçılar milli kimlik, dil siyasəti, mədəni dəyərlərin qorunması və dövlət-hüquq münasibətlərinin inkişafı mövzularını geniş müzakirə ediblər.

“Mədəniyyət və Hüquq: Müasir Çağırışlar" Forumu keçirilib“Mədəniyyət və Hüquq: Müasir Çağırışlar" Forumu keçirilib“Mədəniyyət və Hüquq: Müasir Çağırışlar" Forumu keçirilib“Mədəniyyət və Hüquq: Müasir Çağırışlar" Forumu keçirilib“Mədəniyyət və Hüquq: Müasir Çağırışlar" Forumu keçirilib“Mədəniyyət və Hüquq: Müasir Çağırışlar" Forumu keçirilib“Mədəniyyət və Hüquq: Müasir Çağırışlar" Forumu keçirilib“Mədəniyyət və Hüquq: Müasir Çağırışlar" Forumu keçirilib

# 1148 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər