“Mədəniyyət rüzgarı” adlı tədbirlər silsiləsi həyata keçiriləcək

“Mədəniyyət rüzgarı”  adlı tədbirlər silsiləsi həyata keçiriləcək
16 oktyabr 2025
# 15:47

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı və Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə 20-31 oktyabr tarixlərində Qarabağ bölgəsində “Mədəniyyət rüzgarı” adı altında silsilə tədbirlər keçiriləcək.

Kulis.az xəbər verir ki, özündə mədəniyyətin bir neçə sahəsi üzrə tədbirləri birləşdirən layihə Qarabağ bölgəsinin 5 şəhərini (Ağdam, Ağcabədi, Bərdə, Füzuli və Xankəndi) əhatə edəcək.

MEMİM-in “Sənətkarın dostu” layihəsi üzrə oktyabrın 20-də Qarabağ Universiteti İncəsənət fakültəsinin dəstəyi ilə bu təhsil ocağında xanəndə, pedaqoq, Əməkdar incəsənət xadimi Aqil Məlikovla görüş, oktyabrın 21-də isə “Azərbaycan mədəniyyətində Üzeyir Hacıbəyli fenomeni” mövzusunda elmi-praktik seminar keçiriləcək. Tədbir dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi, musiqişünas və pedaqoq Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə gerçəkləşəcək.

20-25 oktyabr tarixlərində Ağdam Dövlət Dram Teatrında, 26-31 oktyabr tarixlərində isə Füzuli Dövlət Dram Teatrında “Regionlarda peşəkar teatr dərsləri” adlı silsilə tədbirlər keçiriləcək.

Oktyabrın 27-də Bərdə rayon Mədəniyyət Mərkəzində kitabxana əməkdaşları üçün təlim təşkil ediləcək.

“Mədəniyyət rüzgarı” çərçivəsində silsilə ustad dərsləri də nəzərdə tutulur. Oktyabrın 27-də Bərdə şəhər 1 nömrəli uşaq incəsənət məktəbində Xalq artisti, professor Zəhra Quliyevanın iştirakı ilə violin, oktyabrın 28-də isə Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Qarabağ Muğam Mərkəzində Əməkdar artist Neymət Mürsəlovun iştirakı ilə tar, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərgiz Kəngərli tərəfindən fortepiano ixtisası üzrə ustad dərsləri keçiriləcək.
“Sənətkarın dostu” layihəsi çərçivəsində növbəti görüş 29 oktyabr tarixində Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində Xalq artisti, xanəndə, pedaqoq Mənsum İbrahimovun iştirakı ilə reallaşacaq.

Xatırladaq ki, MEMİM-in təşkilatçılığı ilə “Mədəniyyət rüzgarı” adlı ilk silsilə tədbirlər bu ilin 8-12 aprel tarixlərində Gəncə şəhərində keçirilib.

# 1673 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər