Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirildi

Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirildi
27 dekabr 2024
# 18:40

Mədəniyyət naziri Adil Kərimli və Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlunun nazirlik yanında İctimai Şuranın üzvləri ilə görüşü olub.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyində keçirilən görüşdə çıxış edən Adil Kərimli mədəniyyət sahəsi ilə bağlı məsələlərin daha geniş müzakirə olunmasında və ictimai dinləmələrin təşkilində fəal iştirakına görə İctimai Şuraya təşəkkürünü bildirib.

Nazir mədəniyyət sahəsinin inkişafı istiqamətində İctimai Şura ilə birgə çalışmağın önəmini diqqətə çatdırıb. Görüşün əhəmiyyətini yüksək qiymətləndirən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu İctimai Şuranın işinin cəmiyyətin mədəniyyət sahəsi ilə bağlı məsələlərə münasibətinin öyrənilməsinə xidmət etdiyini deyib.

İctimai Şuranın sədri akademik Nizami Cəfərov çıxışında bildirib ki, şura ilə sıx əməkdaşlıq Mədəniyyət Nazirliyinin fəaliyyətini daha da möhkəmləndirir, yeniliklərə və islahatlara təkan verir. İctimai Şuranın sədr müavinləri Əkbər Qoşalı, Vüqar Qədirov, şuranın üzvü Xanoğlan Əhmədov müzakirə olunan məsələlər barədə öz fikirlərini bölüşüblər.

# 2436 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər