Mədəniyyət Nazirliyi Vətən müharibəsi haqqında çəkiləcək filmin tenderi məsələsinə aydınlıq gətirdi

Mədəniyyət Nazirliyi Vətən müharibəsi haqqında çəkiləcək filmin tenderi məsələsinə aydınlıq gətirdi
26 avqust 2022
# 19:00

Mədəniyyət Nazirliyi Vətən müharibəsi haqqında çəkiləcək 8 seriyalı bədii filmin tenderi məsələsinə aydınlıq gətirib.

Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Nazirliyinin əsas prioritetlərindən biri 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qazandığı böyük zəfərin incəsənətimizdə əksini tapmasına və xalqımızın tarixi yaddaşının cəmiyyətimizdə təbliğinə xidmət etməkdən ibarətdir:

“Bu baxımdan, şanlı zəfərimizin kino vasitəsilə əbədiləşdirilməsi xüsusi diqqət mərkəzindədir. Bu işin yüksək keyfiyyətdə təşkil edilməsi üçün artıq bir neçə uğurlu kino layihələrinə imza atan və Türkiyə Respublikasında fəaliyyət göstərən “Bozdağ Film Yapım Prod. Rek. İnş. Tur. San. Tic. AŞ” ilə əməkdaşlığa başlanılıb. Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə sözügedən şirkət tərəfindən “Qarabağ Vətən Müharibəsi” şərti adlı 8 seriyalı bədii film istehsal olunmaqdadır”.

Qeyd olunub ki, sözügedən serialın istehsalı məsələsi bir mənbədən satınalma metodunu tətbiq edilməklə həyata keçirilib: “Serialın istehsalı İqtisadiyyat Nazirliyi yanında İntiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müvafiq razılıq məktubu əsasında, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.2-ci maddəsinə əsasən bir mənbədən satınalma metodunu tətbiq etməklə və Nazirliklə sözügedən şirkət arasında layihənin icrası məqsədilə satınalma müqaviləsi bağlanılmaqla həyata keçirilməyə başlanıb”.

Qeyd edək ki, bir neçə gün öncə dövlət satınalmalarının vahid internet portalında Türkiyənin “Bozdağ Film Yapım Prodüksiyon Reklam İnşaat Turizm Sanayi Ticaret Anonim Şirketi”nin sözügedən serialı çəkəcəyi barədə məlumat dərc olunub. Azərbaycanda fəaliyyət göstərən kino prodüserləri isə APA-nın sorğusuna cavab olaraq bildiriblər ki, onlara belə bir tenderin olması haqda heç bir məlumat verilməyib.

# 2270 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər