Mədəniyyət nazirinin müavini: "Kino Agentliyinin saxlanması üçün maliyyə təminatının ayrılması vacibdir"

Mədəniyyət nazirinin müavini: "Kino Agentliyinin saxlanması üçün maliyyə təminatının ayrılması vacibdir"
12 noyabr 2025
# 12:55

"Kino sənayesinin inkişafına dəstək verilməsi xüsusilə vacibdir".

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2026-cı il büdcə zərfinin müzakirəsi zamanı mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.

Nazir müavini bildirib ki, son 2 ildə kino sənayesi sahəsində ölkəmizdə 71 film istehsalına başlanıb: “Bunların 50-si təhvil verilib. Çəkilən filmlərindən 15-i Vətən müharibəsinə həsr edilib. Hazırda Vətən müharibəsi ilə bağlı 5 böyük filmin çəkilişi davam edir. Beynəlxalq kino festivallarında son 5 ildə 30-a yaxın filmimiz iştirak edib. Artıq Kino Agentliyi tərəfindən 7 animasiya filmi çəkilir. Yeni istiqamətlərdən biri tarixi filmlərin çəkilməsidir. Bunun üçün Türkiyədəki tarixi filmlərin çəkildiyi poliqonlar ziyarət olunur. Kino sənayesinin inkişafı hər zaman dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunub. Xarici film istehsalçıları tərəfindən ölkəmizdə mədəniyyətimizi tərənnüm edən filmlər çəkiləndə xərclərin 40 %-i Azərbaycan tərəfindən qarşılanır. Bu gün Azərbaycan Respublikasının Kino Agentliyinin saxlanması üçün maliyyə təminatının ayrılması vacibdir”.

# 1274 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər