Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul etdi

Mədəniyyət naziri Zaqatalada  vətəndaşları qəbul etdi
7 mart 2024
# 17:00

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşlarla görüşləri davam edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hər ay keçirilən görüşlərdə sakinlərin problem və təklifləri dinlənilir.

Kulis.az xəbər verir ki, 2024-cü ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən martın 7-də Zaqatala şəhərində vətəndaşların qəbulu keçirilib.

Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin Zaqatala şəhərindəki abidəsi önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edilib. Sonra nazir qəbulun keçirildiyi Zaqatala rayon Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Qəbulda Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonlarından sakinlər iştirak ediblər.

Vətəndaşların müraciətləri, əsasən, işlə təminat, mövcud problemlər, fəxri adla təltif edilmə, mədəniyyət sahəsi ilə bağlı təklif və digər məsələlərlə bağlı olub.

Nazirliyin məsul əməkdaşlarının da iştirak etdiyi qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, qeydiyyata götürülüb, araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.

# 2028 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər