Mədəniyyət naziri liviyalı həmkarı ilə görüşdü

Mədəniyyət naziri liviyalı həmkarı ilə görüşdü
2 may 2024
# 16:00

Mədəniyyət naziri Adil Kərimli liviyalı həmkarı xanım Mabruka Osman ilə ikitərəfli görüş keçirib.

Kulis.az xəbər verir ki, nazir Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” və bu platforma çərçivəsində bu il altıncı dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verib.

Bildirilib ki, “Bakı Prosesi” BMT tərəfindən mədəniyyətlərarası dialoqa üzrə əsas qlobal platforma kimi qəbul olunur.

Görüşə görə təşəkkürünü bildirən nazir Mabruka Osman Forumun əhəmiyyətini yüksək qiymətləndirib, bu mötəbər tədbirə dəvətə görə Azərbaycan tərəfinə minnətdarlıq edib.

Söhbət zamanı bu il ölkəmizin daha bir qlobal əhəmiyyətli tədbirə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi diqqətə çatdırılıb. Bildirilib ki, COP29-da iqlim dəyişikliyinin mədəniyyət sahəsinə təsiri, habelə ətraf mühitin qorunmasında mədəniyyətin rolu məsələləri ilə bağlı xüsusi müzakirələr aparılacaq.

Nazir Azərbaycanın qədim Şuşa şəhərinin ICESCO tərəfindən 2024-cü il üzrə “İslam mədəniyyətinin paytaxtı” elan edildiyini diqqətə çatdırıb, liviyalı həmkarını yaxın günlərdə keçiriləcək “paytaxt ili”nin açılış mərasiminə dəvət edib.

# 2266 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər