Mədəniyyət işçiləri təltif edildi

Mədəniyyət işçiləri təltif edildi
17 oktyabr 2022
# 18:05

Milli İncəsənət Muzeyində Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə dövlət təltiflərinə layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinin bir qrupunun mükafatlandırma mərasimi baş tutub.

APA xəbər verir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimovla yanaşı, mədəniyyət və incəsənət nümayəndələri iştirak edib.

Çıxış edən Anar Kərimov təltif edilən incəsənət xadimlərini təbrik edib: "Mənim üçün fəxrdir ki, mədəniyyətimizə töhfə verən şəxslərlə təmasda olur, onlara mükafatlarını təqdim edirəm".

Nazir incəsənət xadimlərinə dövlət qayğısından söz açıb: "Təsadüfi deyil ki, daima dövlət tərəfindən incəsənət xadimlərinə diqqət ayrılır. Mədəniyyət üçün xidmət edən, onun inkişafı üçün zəhmət çəkən hər bir kəs, mənim üçün, mədəni əsgərlərdir. Hərbi təhlükəsizliyimizi ordumuz qoruduğu kimi, mədəni təhlükəsizliyimizi də məhz mədəniyyət sahəsində xidmət edən şəxslər qoruyur. Bu səbəbdən, mədəniyyət sahəsində çalışanlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzu edirəm".

Daha sonra mükafatlandırılan şəxslər mədəniyyət naziri Anar Kərimov tərəfindən təltif edilib.

# 3814 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər