“Mədəniyyət fədaisi” filmi təqdim edildi - Video

“Mədəniyyət fədaisi” filmi təqdim edildi - Video
11 aprel 2023
# 10:50

Aprelin 8-də Lənkəranda Azərbaycanın görkəmli mədəniyyət xadimi Şövkət Səfərovanın anadan olmasının 90 illiyinə həsr olunmuş sənədli filmin təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, Lənkəran şəhər Mədəniyyət Mərkəzində keçirilən mərasimdə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Şövkət Səfərovanın ailə üzvləri, şəhid ailələri, qazilər, mədəniyyət işçiləri, ziyalılar, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Şəhidlərimizin bir dəqiqəlik sükutu ilə başlanan tədbiri Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov açıq elan edib və səbəbkar haqqında fikirlərini bölüşüb. Ş.Səfərovanın gördüyü işlər və şərəfli həyat yolu haqqında filologiya elmləri doktoru, professor Yədulla Ağazadə də geniş çıxış edib.

Daha sonra çıxış üçün söz rejissor Anar Kəkəyev və ssenarist Tural Kərimova verilib. Onlar da ərsəyə gətirdikləri film barədə qısa məlumat verdikdən sonra “Mədəniyyət fədaisi” adlı sənədli film nümayiş olunub və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

# 2908 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər