“Mədəni Azərbaycan” jurnalının xüsusi buraxılışı Füzuliyə həsr olundu

“Mədəni Azərbaycan”  jurnalının xüsusi buraxılışı Füzuliyə həsr olundu
8 yanvar 2025
# 12:30

Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında İstanbulda yayımlanan “Mədəni Azərbaycan” (“Kültürel Azerbaycan”) jurnalının növbəti buraxılışı dahi Azərbaycan şairi, türk dünyası ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmməd Füzuliyə həsr olunub.

Kuis.az xəbər verir ki, bununla bağlı Azərbaycan Mədəniyyət Mərkəzi ilə jurnalın rəhbərliyi arasında ötən ilin əvvəlində razılıq əldə edilib.

“Mədəni Azərbaycan” jurnalında hər iki ölkənin Füzulişünas alimləri, o cümlədən akademik Rafael Hüseynov, professorlar Ataəmi Mirzəyev, Lalə Əlizadə, Mahirə Hüseynova, türkiyəli professorlar Cemal Kurnaz, Mustafa İse, İsmet Çetin və digərlərinin məqalələri dərc edilib.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzinin Məhəmməd Füzulinin anadan olmasının 530 iliyi münasibətilə başlatdığı layihə əsasında ötən il Türkiyənin Qazi Universitetində elmi simpozium, bədii-musiqili kompozisiya təşkil olunub, türk dilində “Füzuli divanı” adlı kitab hazırlanaraq XXI Ankara Kitab Sərgisində geniş ictimaiyyətə təqdim edilib.

# 2653 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər