Mayalar ulduzları 1200 il əvvəl necə hesablayırdı? - Xultunda "Ağ sinəli tülkü"nün imzası tapıldı

Qvatemala, Xultunda 8-ci əsr Maya astronomu Sak Tan Vaaksın təqvim formulu yazılan divar

Qvatemala, Xultunda 8-ci əsr Maya astronomu Sak Tan Vaaksın təqvim formulu yazılan divar

15 iyul 2026
# 10:47

Qvatemalanın cəngəlliklərində 1200 illik sirr açıldı. Maya astronomunun adı və təqvim formulu ilk dəfə tapıldı.

Kulis.az "Antiquity" jurnalına istinadən xəbər verir ki, Xultun qədim şəhərində qazıntı aparan arxeoloqlar 8-ci əsrə aid kiçik binanın divarında Mars və Veneranın orbital dövrlərini hesablayan riyazi formul aşkar ediblər.

Formulun yanında müəllifin adı da yazılıb: Sak Tan Vaaks. Tərcümədə "Ağ sinəli tülkü" deməkdir. Bu, Maya riyaziyyatçısının öz intellektual əməyinə görə birbaşa müəllif kimi tanındığı ilk və yeganə nümunədir.

Sirli təlim otağı

Tikili 2010-cu ildə tapılsa da, divarlardakı yazılar indi deşifrə edilib. Divarlarda oturan fiqurların portretləri və qədim kağız istehsalı alətlərinin izləri var.
Alimlər hesab edir ki, bu otaq 8-ci əsrdə təqvim və astronomiya dərsləri üçün istifadə olunub. Əsrin sonlarında isə otaq bilərəkdən torpaqla doldurularaq yeni binanın təməlinə çevrilib.

Min illik mətnlər necə oxundu?

MIT, Skidmor Kolleci və Texas Universitetinin komandası mətnlərin multispektral skanlarını aparıb. Sonra Klassik dövr Maya yazıları ilə müqayisə edərək formulu oxuya biliblər.

Layihənin rəhbəri Franko Rossi "The Art Newspaper"a bildirib:

"Bu cür ixtisaslaşmış iş qədim Maya cəmiyyətində həm çox vacib, həm də geniş yayılmışdı".

# 769 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər