Markesin romanı əsasında çəkilən serial sabah yayımlanacaq

Markesin romanı əsasında çəkilən serial sabah yayımlanacaq
10 dekabr 2024
# 12:40

“Tənhalığın yüz ili” serialının yayımlanacağı tarix məlum olub.

Kulis.az xəbər verir ki, serial dekabrın 11-də “Neflix” striminq servisində yayımlanacaq.

Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin eyniadlı romanı əsasında çəkilmiş “Tənhalığın yüz ili” adlı ispandilli serialda əsas rolları Klaudio Katano, Jeronimo Baron, Marko Qonzales ifa edib.

Serialın rejissoru Laura Mora Orteqa və Alex Garcia Lopez, ssenari müəllifləri Natalia Santa, Camila Brugge və Alberto Albatros Gonzalesdir. Layihənin icraçı prodüserləri yazıçının oğulları Rodriqo Qarsiya və Qonzalo Qarsiya Barçadır.

Xatırladaq ki, 1982-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş kolumbiyalı yazıçının “Tənhalığın yüz ili” romanı 1967-ci ildə nəşr olunub. Dünya ədəbiyyatının şah əsərlərindən sayılan magik realizmin və Latın Amerikası ədəbiyyatının ən vacib nümunələrindən hesab olunur.

Qeyd edək ki, 2014-cü ildə vəfat edən Qabriel Qarsiya Markes sağlığında dəfələrlə romanının ekranlaşdırılmasına qarşı çıxmışdı. APA

# 2866 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər