Mark Eliyahu Bakıda çıxış edəcək

Mark Eliyahu Bakıda çıxış edəcək
14 aprel 2023
# 17:50

Əfsanəvi kamança ustası Mark Eliyaxu yenidən Bakıda çıxış edəcək.

Kulis.az xəbər verir ki, sənətçi “The Show Is About Love” adlı turne çərçivəsində iyunun 4-də Heydər Əliyev Sarayında çıxış edəcək.

Mark Eliyaxu təkcə musiqiçi deyil, o, həm də multikulturalizmin və sülhün nümayəndəsidir. Gözəl musiqisi ilə o, coğrafi sərhədləri, dil maneələrini və dini fərqləri aşaraq, dünyaya nikbin mesaj çatdırır. Sevginin universal dili olan musiqi vasitəsilə Mark Eliyaxu musiqisevənlərin ürəyinə yol tapır.

Mark Eliyaxu Dağıstanda məşhur musiqişünas və musiqiçi Perets Eliyaxu ailəsində dünyaya göz açıb. Mark müasir dövrün ən istedadlı kamança ifaçılarından biridir. Gənclik vaxtlarında əfsanəvi kamança ustadı Habil Əliyevin ifasından ruhlanan Mark bu musiqi alətini dərindən öyrənməyə qərar verib.

On altı yaşında o, İsraildən Azərbaycana köçüb və Respublikanın Əməkdar artisti Ədalət Vəzirovun rəhbərliyi ilə kamançada ifa etmə sənətinə yiyələnməyə başlayıb. Bakıda iki il qaldıqdan sonra İsrailə qayıdıb, burada Qərb və Şərq musiqisini öyrənməyə başlayıb. Musiqiçi İsrail və digər ölkələrdə bir çox musiqi və rəqs layihələrində iştirak edib. Onun “Voices of Judea” solo albomu musiqi tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib.

# 2338 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər