Maqsud Məmmədov 95 illiyi münasibətilə evində ziyarət olundu

Maqsud Məmmədov 95 illiyi münasibətilə evində ziyarət olundu
3 iyun 2024
# 14:30

Görkəmli baletmeyster, Azərbaycan balet sənətinin canlı əfsanəsi, Xalq artisti, Prezident təqaüdçüsü Maqsud Məmmədovun 95 yaşı münasibətlə mədəniyyət nazirinin müavini Murad Hüseynov və nazirliyin məsul əməkdaşları sənətkarı evində ziyarət ediblər.

Kulis.az xəbər verir ki, nazir müavini sənətkarı yubileyi münasibətilə təbrik edib, cansağlığı arzulayıb.

Qeyd olunub ki, peşəkar təhsil almış ilk azərbaycanlı balet artisti olan Maqsud Məmmədov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist kimi fəaliyyətə başlayıb, qısa müddət ərzində özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək baletsevərlərin dərin rəğbətini qazanıb.

Bildirilib ki, Maqsud Məmmədovun Azərbaycan balet sənətinin inkişafındakı xidmətləri daim dövlət tərəfindən yüksək qiymətləndirilib. Xalq artisti, “Şöhrət” ordenli sənətkar 2002-ci ildən Prezident təqaüdçüsüdür.

Sonra Xalq artistinə Mədəniyyət Nazirliyinin Fəxri diplomu təqdim olunub.

Qocaman sənətkar yaradıcılığına göstərilən diqqətə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, 1929-cu ildə Gəncədə dünyaya göz açan Maqsud Davud oğlu Məmmədov erkən yaşlarından rəqslə məşğul olmağa başlayıb. Bu sahəyə olan həvəsi onu Bakı Xoreoqrafiya Məktəbinə gətirir. Burada yüksək sənət göstəriciləri nəzərə alınaraq Moskva Xoreoqrafiya Məktəbinə göndərilib. Təhsilini başa vurduqdan sonra taleyini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına bağlayıb. Burada dünya klassiklərinin əsərlərindən mürəkkəb partiyaları – Ziqfrid (“Qu gölü”), Dezire (“Yatmış gözəl), Şelkunçik (“Şelkunçik”), Albert (“Jizel”), Bazil (“Don Kixot”), o cümlədən Azərbaycan bəstəkarlarının əsərlərindən parlaq obrazları – Polad (“Qız qalası”), Azad (“Gülşən”), Mənzər (“Yeddi gözəl”), Fərhad (“Məhəbbət əfsanəsi”) böyük uğurla canlandırıb.

Maqsud Məmmədov yaradıcılıq fəaliyyəti boyunca bir çox ölkələrdə – Misir, Yəmən, Əlcəzair, Türkiyə və İsveçdə çalışıb, milli xoreoqrafiya sənətimizin təbliğatçısına çevrilib.

Onun həyat yoldaşı, görkəmli balerina, Xalq artisti Rəfiqə Axundova (1931–2024) ilə birgə quruluş verdiyi Tofiq Bakıxanovun “Xəzər balladası”, Fərəc Qarayevin “Qobustan kölgələri”, “Kaleydoskop”, Rauf Hacıyevin “Azərbaycan süitası”, Nazim Əlivedibəyovun “Muğam”, Aqşin Əlizadənin “Babək” baletləri istedadlı baletmeysterə böyük şöhrət qazandırıb.

# 2039 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər