Mahirə Hüseynovanın 65 illiyi münasibətilə elektron məlumat bazası hazırlandı

Mahirə Hüseynovanın 65 illiyi münasibətilə elektron məlumat bazası hazırlandı
19 dekabr 2025
# 12:50

Bu il filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın 65 illik yubileyi tamam olur.

Kulis.az xəbər verir ki, bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Mahirə Hüseynovanın həyat və yaradıcılığından bəhs edən elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilib.

Elektron məlumat bazasında Mahirə xanımın həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərinin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlərlə yanaşı, “Professor Mahirə Hüseynovanın filologiyamızın inkişafında rolu”, “Çağdaş poeziyamızda zərif meh səsi. Mahirə Nağıqızının bədii yaradıcılığı haqqında düşüncələr”, “Poeziya zəfərin təntənəsi kimi” məqalələrin tam mətni yer alır.

Elektron bazada Mahirə Hüseynovanın yaradıcılıq nümunələrinin, redaktə və tərtib etdiyi, “Ön söz” yazdığı, layihə rəhbəri olduğu nəşrlərin, məqalələrin, eləcə də onun haqqında qələmə alınan kitab və dövri mətbuat nümunələrinin siyahıları təqdim edilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada “Dissertasiya və avtoreferatlar”, “Virtual sərgi”, “Foto və videoqalereya” bölmələri də istifadəçilərə təqdim olunur.

Hazırlanan elektron məlumat bazası kitabxananın rəsmi saytında https://ryl.az/melumat-bazalari/Professor_Mahire_Huseynova_el_melumat_bazasi/index.html yerləşdirilib.

# 1377 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər