Los-Ancelesdə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Los-Ancelesdə  Azərbaycanın Müstəqillik Günü qeyd olunub
2 iyun 2025
# 09:25

ABŞ-nin Los-Anceles şəhərində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş konsert proqramı təşkil olunub.

Kulis.az xəbər verir ki, Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun dəstəyi ilə Kaliforniya Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən keçirilən konsertdə Los-Anceles və digər şəhərlərdə yaşayan azərbaycanlılar, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, müxtəlif konfessiya və xalqların icmalarının rəhbərləri iştirak ediblər.

Aparıcı Kimiya Məmmədova 28 May - Azərbaycanın Müstəqillik Günü barədə tamaşaçılara məlumat verilib, bu günün tariximizdəki əhəmiyyəti barədə danışıb.

Azərbaycan və ABŞ himnlərinin ifasından sonra çıxış edən azyaşlılardan ibarət rəqs ansambllarının və peşəkar rəqqas Ləman Musayevanın nömrələri böyük maraqla qarşılanıb. Azyaşlıların ifasından sonra ölkəmizin turizm potensialını, təbii gözəlliklərini və tarixi irsini əks etdirən video nümayiş olunub.

Los-Ancelesdə ilk dəfə olaraq bu şəhərdə yaşayan azərbaycanlı musiqiçilərlə yanaşı, amerikalı musiqiçilərin də daxil olduğu ansambl Azərbaycan milli, klassik və caz musiqisinin ən gözəl nümunələrini ifa edib.

Qeyd edək ki, konsertin sonunda Azərbaycanın baş konsulu Vüqar Qurbanov ilk respublikamız haqqında məlumat verib.

# 1684 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər