Leypsiq kitab yarmarkası yenidən qayıdır

Leypsiq kitab yarmarkası yenidən qayıdır
8 fevral 2023
# 18:15

Leypsiq kitab yarmarkası Almaniyada böyüklüyünə görə Frankfurt kitab yarmarkasından sonra ikincidir. Hər il keçirilən sərgi dörd gün davam edir.

Kulis.az xəbər verir ki, bu il sərgi aprelin 27-dən 30-dək keçiriləcək. Leypsiq yarmarkasının direktoru Oliver Sillenin sözlərinə görə, sərgiyə 130 min ziyarətçinin gələcəyi gözlənilir. 2019-cu ildə, pandemiyaya qədər yarmarkanı 216 min nəfər ziyarət edib. Sille vurğulayır ki, belə uzun fasilədən sonra əvvəlki səviyyəyə qayıtmaq üçün vaxt tələb olunur. Əgər bu il böhranaqədərki göstəricinin 60 faizini əldə etsək, o halda bu, şübhəsiz uğur olacaq.

Ötən il bir çox nəşriyyat koronavirus infeksiyasından ehtiyat edərək yarmarkada iştirakdan imtina etdilər. Lakin artıq indi təşkilatçılar 2019-cu illə müqayisədə təqribən 75 faiz eksponentdən iştirak üçün müraciət alıblar. Onlar Leypsiqə gəlməyi arzulayanların sayının artacağına ümid edirlər.

Yarmarka çərçivəsində həm sərgi ərazisində, həm də şəhərin özündə çoxsaylı müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır. Bundan başqa, 200 qiraət zalı açılacaq. Kitab barı da yeniliklərdən birinə çevriləcək, yarmarkada əsərləri təqdim olunan yazıçılarla ziyarətçilərin görüş və diskussiya yeri olacaq.

AZƏRTAC

# 3167 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər