Leyla Şıxlinskaya: "Anar dedi ki, "Arşın mal alan"a sən çəkilsən, film batacaq"

Leyla Şıxlinskaya: "Anar dedi ki, "Arşın mal alan"a sən çəkilsən, film batacaq"
5 iyul 2025
# 11:30

"Allahdan başqa heç nədən qorxmuram. Elə bil, həmişə kimsə məni yuxarıdan qoruyur: suda batmayım, alovda yanmayım. Anar müəllim "Arşın mal alan"da (Gülçöhrə obrazını oynayıb - red.) çəkilməyimi istəmirdi. Düz deyirdi, ondan sonra bu boyda rolu harada oynaya bilərəm? Qorxurdu ki, film batacaq. Mən isə nə kameradan, nə başqa şeydən qorxurdum".

Kulis.az xəbər verir ki, bu sözləri Xalq artisti Leyla Şıxlinskaya "Ötən günlər" verilişində deyib.

O, aktrisalıq fəaliyyətindən danışıb. "Arşın mal alan" filmini xatırlayan L.Şıxlinskaya yazıçı Anarın onun orada çəkilməsini istəmədiyini etiraf edib:

"Ona görə ki, peşəkar aktrisa deyiləm. Hər zaman elə gözəl, bir-birindən güclü aktyorlarla çəkilirdim: Həsən Məmmədov, Rasim Balayev... Belə adamların yanında peşəkar aktrisa olsaydım çəkinərdim. Müslüm Maqomayevlə çəkiləndə bir səhnədə ağlamalı idim, mən isə bacarmadım. Tüstü verdilər, soğan kəsdilər, ağlamıram. İsmayılov dedi ki, aktrisa deyilsiniz, sıfır. Qayıtdı ki, İtaliyada aktrisalar ağlaya bilməyəndə onları döyürlər. Cavab verdim ki, siz min il sonra Luçino Viskontinin kölgəsi olsaydınız, icazə verərəm mənə bir sillə vurarsınız. Pərt oldum, qaçdım. Amma ağlayıram. Arxadan qışqırırlar ki, ağladı, çəkin". Axşam.az

# 2484 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər