Leyla Qurbanovanın sərgisi - “Birlikdə yaradılan dünya”

Leyla Qurbanovanın sərgisi - “Birlikdə yaradılan dünya”
11 iyul 2025
# 16:37

İyulun 15-də Azərbaycan Milli Xalça Muzeyində rəssam və pedaqoq Leyla Qurbanovanın tələbələri ilə birlikdə ərsəyə gətirdiyi “Birlikdə yaradılan dünya” adlı sərgi təqdim olunacaq.

Kulis.az xəbər verir ki, sərgi Leyla Qurbanovanın rəhbərlik etdiyi və altı ildir fəaliyyət göstərən emalatxananın işinin nəticəsi kimi təşkil edilir.

On ildən artıqdır ki, sənət aləmində fəallıq göstərən və əsərləri Luvr Muzeyi, Dubay və İtaliya kimi beynəlxalq mədəniyyət mərkəzlərində nümayiş etdirilən Qurbanova bu dəfə ilk dəfə tələbələri ilə birlikdə sərgi keçirir.

“Birlikdə yaradılan dünya” sərgisi müəllim və şagird arasında illərdir formalaşan yaradıcılıq əlaqəsini, duyğuları və rənglərin ahəngini bir araya gətirir. Layihənin əsas ideyası – emalatxanada formalaşan özəl atmosferi, uşaqların xəyal və duyğularla yaratdığı əsərləri ictimaiyyətlə paylaşmaqdır.

Sərgidə hər bir iştirakçının fərdi baxışı və rəssamlıq təcrübəsi ilə kollektivi tamamlayan sənət nümunələri təqdim olunacaq. Müəllim və şagird münasibətinin sənət dilində ifadəsi olan bu sərgi, eyni zamanda birgə yaradıcı fəaliyyətin nəticəsi kimi maraq doğurur.

Sərginin iştirakçıları:
Nuray Həsənova, Məryəm Aslanova, Kamilla Səttarova, Nur Əkpərli, Gülər Məmmədova, İnci Məmmədova, Əkbər Əzizov, Gülər Şirinova, Ləman Eybətova, Leyli Həsənzadə və Ayla Əskərova.

Qeyd edək ki, sərgi yalnız bir gün – 15 iyul tarixində Xalça Muzeyində ziyarətçilərə açıq olacaq.

# 1725 dəfə oxunub

Oxşar xəbərlər

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

15:55 25 sentyabr 2026
Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

15:30 25 sentyabr 2026
Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

14:30 25 sentyabr 2026
Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

14:00 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər