Leyla Əliyeva “Onlardan biri: Emil” adlı anım tədbirində iştirak etdi

Leyla Əliyeva “Onlardan biri: Emil”  adlı anım tədbirində iştirak etdi
1 iyul 2026
# 15:06

İyunun 30-da Şəki Dövlət Dram Teatrında talassemiya xəstəliyindən dünyasını dəyişmiş 13 yaşlı Emilin xatirəsinə həsr olunmuş “Onlardan biri: Emil” adlı anım tədbiri keçirilib. Tədbir Şəki Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi, "Ürəkdən Qana" layihəsinin rəhbəri Ayşən Abdullayevanın təşəbbüsü və layihənin ümumi rəhbəri Elvin Nüsrətoğlunun rəhbərliyi ilə təşkil olunub.

Kulis.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Tədbirin əsas məqsədi talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara və bu xəstəlik səbəbindən həyatını itirmiş övladların əziz xatirəsinə ehtiramın ifadə olunması, eyni zamanda cəmiyyətin diqqətini talassemiya probleminə yönəltmək olub.

Anım gecəsində Emilin həyat yolunu, duyğularını, arzularını və ailəsinin yaşadığı hissləri əks etdirən müxtəlif bədii kompozisiyalar nümayiş etdirilib. Səhnədə təqdim olunan "Pərvanə", "Kamin", "Adagio", "Mən səni axtararam", "Luna" və bağlanışda səsləndirilən "Sob a Sol" ("Günəşin altında") kompozisiyaları tamaşaçılar tərəfindən böyük duyğu ilə qarşılanıb. Təqdim olunan səhnə nömrələri həyatın, ümidin, sevginin və yaşamağın dəyərini özündə əks etdirib.

Tədbir çərçivəsində Emilin həyatından bəhs edən, onun xatirələrini yaşadan xüsusi hazırlanmış süjetlər, o cümlədən "Onlardan biri: Emil" layihəsi çərçivəsində keçirilən tədbirlərə dair videoçarxlar nümayiş olunub.

Tədbirin sonunda çıxış edən "Ürəkdən Qana" layihəsinin rəhbəri və "Onlardan biri: Emil" layihəsinin təşəbbüskarı Ayşən Abdullayeva ölkəmizdə talassemiyalı xəstələrə göstərilən diqqətdən bəhs edib, dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib. Bildirilib ki, talassemiya ilə yaşayan insanlar hər gün böyük mübarizə aparırlar. Onların həyata ümidini artıran ən qiymətli kömək isə dövlətlə yanaşı, cəmiyyətin diqqəti, qayğısı və könüllü qan donorlarının fədakarlığıdır. O qeyd edib ki, bu kimi layihələr yalnız anım xarakteri daşımır, eyni zamanda, talassemiya xəstələri və onların ailələrinə mənəvi dəstək göstərmək, cəmiyyətdə həmrəylik və sosial məsuliyyət hissini gücləndirmək məqsədi daşıyır.

Qeyd edək ki, "Onlardan biri: Emil" layihəsi talassemiya mövzusuna həsr olunmuş silsilə tədbirlərin yekun mərhələsi olub. Layihə iyunun 18-də keçirilən "Talassemiya – Cəmiyyətə bir mesaj" adlı konfransla start götürüb. Konfrans çərçivəsində talassemiya xəstəliyi, onun fəsadları, profilaktikası və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

Layihənin növbəti mərhələsi olaraq iyunun 19-20-də "Talassemiya – Qan Birliyi" adlı qanvermə aksiyası təşkil olunub. Aksiyada ümumilikdə 465 nəfər iştirak edib. Tibbi müayinələrdən sonra 163 nəfər donor olaraq qan verib. Toplanan qan ehtiyatı talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsinə dəstək məqsədilə istifadəyə yönləndirilib.

Layihə çərçivəsində həyata keçirilən bütün tədbirlər cəmiyyətin diqqətini talassemiya probleminə yönəltmək, könüllü qan donorluğunu təşviq etmək və xəstəlikdən əziyyət çəkən insanlara dəstək olmaq məqsədinə xidmət edib.

Tədbirdən sonra Emilin ailə üzvlərinə baş çəkən Leyla Əliyeva onlarla çay süfrəsi ətrafında səmimi söhbət edib.

# 692 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər