Lermontovun qətli ilə bağlı istintaq orqanına çağırış – 184 il sonra

Lermontovun qətli ilə bağlı istintaq orqanına çağırış – 184 il sonra
24 yanvar 2025
# 10:09

Rusiya Dövlət Dumasının deputatı, Xalq artisti Nikolay Burlyayev görkəmli şair Mixail Lermontovun (1814-1841) ölümünün təfərrüatlarının araşdırılması ilə bağlı İstintaq Komitəsinə müraciət ünvanlayıb.

Kulis.az xəbər verir ki, Burlyayevin bildirdiyinə görə, dueldən dərhal sonra qeyri-qanuni və qeyri-dəqiq istintaq aparılıb. Bu, kriminalistika və səhiyyə sahəsi üzrə çalışan mütəxəssislər, həmçinin Lermontovun yaradıcılığını öyrənən araşdırmaçılar tərəfindən də təsdiq olunub. Sənədlərdə xüsusi qeyd edilib ki, güllə şairin bədənindən “qeyri-adi trayektoriya ilə”, aşağıdan yuxarıya və demək olar ki, 40 dərəcə bucaq altında keçib.

“Rusiya Federasiyası İstintaq Komitəsinin ixtiyarında olan mövcud texnologiyalardan istifadə edilməklə müasir, ədalətli, vicdanlı araşdırma aparılmasını xahiş edirəm”, – deyə məlumatda qeyd olunur.

Dövlət Dumasının deputatı bildirib ki, müəyyən olunmuş bütün faktlara əsaslanaraq hadisənin təfərrüatlarını aydınlaşdırmaq üçün hərtərəfli araşdırma aparılmalıdır.

Qeyd edək ki, M.Lermontov 26 yaşında mayor Nikolay Martınovla aralarında baş vermiş duel zamanı həlak olub.

# 2310 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər