Lerikdə "Şuşa İli"nə həsr olunmuş sərgi keçirildi

Lerikdə "Şuşa İli"nə həsr olunmuş sərgi keçirildi
5 iyul 2022
# 13:20

Lerikdə “Şuşa İli”nə həsr olunmuş istedadlı #GənclərimİZ üçün sərgi təşkil edilib.

Kulis.az xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lerik nümayəndəliyi daxilində təxminən 6 aydır ki, "Rəsm Klubu" fəaliyyət göstərir. Klub daxilində təşkil olunan dərslər peşəkar rəssam Əbdürrəhman Seadətzadə tərəfindən tədris olunan dərslərdən təxminən 20-ə yaxın istedadlı lerikli məktəbli yararlanıb. Məktəbli gənclər dərslər zamanı "portret çəkilməsi", "natürmort", " Gənc istedadların qazandıqları bacarıqları nümayiş etdirmələri üçün GİKM-in Lerik nümayəndəliyi təşkilatçılığı Lerik Rayon Gənclər və İdman İdarəsi, YAP Lerik rayon təşkilatı, Lerik Heydər Əliyev Mərkəzi və Lerik Dövlət Rəsm Qaleriyasının tərəfdaşlığı ilə təşkil olunan sərgi təşkil olunub.

Sərgidə sadəcə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lerik nümayəndəliyinin daxilində fəaliyyət göstərən " Rəsm Klubu"nun üzvlərinin rəsm əsərləri deyil, həmçinin lerikli istedadlı gənc rəssamların da 100-ə yaxın rəsm əsərlər nümayiş etdirilib. Sərginin keçirilməsində məqsəd rayonda olan istedadlı gənclərin üzə çıxarılması və ictimaiyyətə tanıdılmasıdır.

Rayon gəncləri və ictimaiyyəti ilə yanaşı rayon rəhbərliyi - Lerik Rayon İcra Hakimiyyətinin vəzifələrini icra edən Cəlil Baxşiyev də sərgiyə baxış keçirib. Sərgidə rəsm əsərləri nümayiş etdirilən gənclər sertifikat və hədiyyələr ilə təltif ediliblər.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

# 2689 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər