Laçında IX “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi - Qaliblər məlum oldu - Yenilənib

Laçında IX “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi -  Qaliblər məlum oldu - Yenilənib
25 avqust 2025
# 18:00

Laçında IX “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, final mərhələsində qaliblərin adları açıqlanıb və onlar mükafatlandırılıblar.

Belə ki, 8-16 yaşlı yeniyetmələr arasında III yerə Kənan Tağızadə, II yerə Murad Nəbizadə, I yerə isə Əhəd Ağayev layiq görülüb.

16-30 yaşlı gənclər arasında isə III yeri Rəis Niftəliyev, II yeri Nərmin Mirzəyeva, I yeri isə Aytac Bəybalayeva qazanıb.

***

Laçında IX “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi keçirilir.

Kulis.az APA -ya istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, sakinlər, eləcə də şəhərin qonaqları iştirak edir.

Müsabiqənin final mərhələsinə ümumilikdə 12 iştirakçı vəsiqə qazanıb.

Bu iştirakçılar yaşı 8-dən 30-a qədər olan yeniyetmə və gənclər arasından 11 mərhələ keçərək finakda iştirak hüququ qazanıblar.

IX “Muğam” Televiziya Müsabiqəsinin münsiflər heyətində Xalq artistləri Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Sərdar Fərəcov, Vamiq Məmmədəliyev və Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi təmsil olunurlar.

Müsabiqə Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət Nazirliyi ilə Azərbaycan Dövlət Televiziyasının təşkilatçılığı ilə keçirilir.

Qeyd edək ki, “Muğam” Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən keçirilir. Bu il müsabiqənin 20-ci ildönümüdür

# 2686 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər