Laçında hind filmi çəkiləcək? - Açıqlama

Laçında hind filmi çəkiləcək? - Açıqlama
28 iyun 2024
# 14:58

Laçında Amil Amalın yeni filminin çəkilişləri başlayacaq.

Kulis.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov məlumat verib.

"Birincisi, onu qeyd etmək lazımdır ki, Amil Amal istedadlı rejissordur. Karyerasına bədii və sənədli filmlərlə başlayıb və hazırda tammetrajlı bədii film çəkməyə davam edir. Onun bəzi əsərləri artıq müxtəlif beynəlxalq mükafatlara namizəd və qalib olub.

Bundan başqa, Amil Amal yeni film çəkmək üçün Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyindən qrant və maliyyə əldə edib. Arılar və adamlar bədii tammetrajlı filmi. Filmin hazırda hazırlıq dövrü başlayıb. Ümid edirik ki, daha çox prodüser mərkəzləri Hoçazfilmin layihələrinə diqqət yetirəcək".

M.Məmmədov həmçinin Laçının özlüyündə unikal olduğunu və müxtəlif istiqamətlərdən rəssamları cəlb etdiyini qeyd edib.

"Hindistanlı prodüserlər həm Azərbaycan, həm də digər ölkələrin filmlərinə böyük maraq göstərir və onları maliyyələşdirə bilirlər. Hoçazfilm kinostudiyası da bu mənada həm Hindistan həmçinin Türkiyə və digər xarici produserlərin hazırda diqqət mərkəzindədir. Bu, kinoindustriyamıza beynəlxalq marağı təsdiqləyir". Trend

# 2317 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər