"Kurtlar vadisi"ndəki yalı satışa çıxarıldı

"Kurtlar vadisi"ndəki yalı satışa çıxarıldı
26 mart 2026
# 13:47

Bir dövrün ən məşhur seriallarından olan "Kurtlar vadisi" ilə yadda qalan məşhur yalı satışa çıxarılıb.

Kulis.az xəbər verir ki, serialda konseyin gizli görüşlərinə ev sahibliyi edən, İstanbul boğazının Üsküdar Kandilli sahilində yerləşən Abud Efendi Yalısı artıq satışa təqdim olunub.

1835–1855-ci illər arasında Osmanlı saray memarlığının görkəmli nümayəndələrindən olan Qarabet Balyan tərəfindən inşa edilən bu yalı özünəməxsus memarlıq üslubu ilə seçilir. Məlumata görə, tikilinin 15,23 faizlik hissəsi 170 milyon TL qiymətlə satışa çıxarılıb.

1900-cü ildə Mehmet Abud Əfəndi tərəfindən satın alınan yalı uzun müddət Abud ailəsinin iqamətgahı olub və 1981-ci ilə qədər istifadə edilib. Tikili simmetrik pəncərə quruluşu, cumbalı hissələri və Boğaza açılan geniş terrası ilə diqqət çəkir.

Təxminən 1500 kvadratmetr sahədə yerləşən yalı 270 kvadratmetr baza sahəsinə və ümumilikdə 540 kvadratmetr istifadə sahəsinə malikdir. Aşağı mərtəbədə iki ayrı qayxana yerləşir, yuxarı mərtəbə isə yarı düzbucaqlı plan üzrə formalaşdırılıb.

Boğazın seçilən tarixi tikililərindən biri hesab olunan yalı ikimərtəbəli taxta konstruksiyası, ağ fasadı və qırmızı kirəmitli dam örtüyü ilə memarlıq baxımından da xüsusi əhəmiyyət daşıyır.

# 1568 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər