Kukla teatrı Gürcüstanda səfərdə oldu

Kukla teatrı Gürcüstanda səfərdə oldu
8 iyun 2022
# 15:55

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının təmsilçiləri 1-5 iyun tarixlərində Gürcüstanda səfərdə olub.

Kulis.az xəbər verir ki, beynəlxalq teatr festivalında iştirak məqsədi ilə baş tutan səfər qarşılıqlı yaradıcılıq əlaqələrinin gələcək perspektivləri baxımından da məhsuldar olub. Gürcüstan Dövlət Kukla Teatrları Birliyi ilə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb.

Birliyin bədii rəhbəri, Gürcüstanın tanınmış teatr mütəxəssisi Nikoloz Sabaşvili ilə Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi, UNİMA Milli Mərkəzinin rəhbəri Rəşad Əhmədzadənin imzaladığı sənəd hər iki ölkənin teatrları üçün xüsusi əhəmiyyət kəsb edir.

Sənədə əsasən ikin ölkənin nəinki kukla, ümumən teatrları müxtəlif istiqamətlərdə davamlı əməkdaşlıq edəcək və müştərək layihələrə qatılacaqlar. Bu mənada tamaşaların hazırlanması, təcrübə mübadiləsinin tətbiqi, ustad dərslərinin təşkili, eləcə də spesifik istiqamətlərdə kurs və qısamüddətli təlimlərin keçirilməsi də nəzərdə tutulub.

Memorandumun əsas məqsədi tərəflərin qarşılıqlı əməkdaşlığı yolu ilə müxtəlif yaş qrupları üzrə kukla ifaçılıq sənətini daha da təkmilləşdirmək və dünya miqyasında sistemli təbliğinə nail olmaqdır. Belə olduqda əməkdaşlıq edən teatrların həm bədii-yaradıcılıq potensialı inkişaf edəcək, həm də sağlam rəqabət mühiti formalaşacaq.

Hər iki ölkənin teatr təmsilçiləri üçün əlverişli olacaq razılaşmaya əsasən birlik azərbaycanlı kuklaçıların Gürcüstanda müxtəlif yaradıcılıq layihələrinə dəstək verəcək, həmçinin hər iki ölkənin teatrları arasında əlaqələndirici missiyasını yerinə yetirəcək.

Qarşılıqlı qastrol səfərləri, dəyirmi masalar, müştərək tamaşalar və bu kimi digər yaradıcı təşəbbüslərə yol açacaq razılaşmada teatrların repertuar siyasəti və təbliğatı məsələləri ilə bağlı da müddəalar yer alır.

Xatırladaq ki, Gürcüstan Mədəniyyət Nazirliyinin eyni profilli teatrların mərkəzləşmiş idarəetməsi və yaradıcılıq baxımdan tərəqqisi məqsədi ilə təsis etdiyi bu birlik öz ətrafına ölkənin ən tanınmış teatr mütəxəssislərini cəlb etməklə bir çox maraqlı layihələrə imza atıb.

# 2276 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər