Konstitusiya Gününə həsr olunmuş sərgi açıldı

Konstitusiya Gününə həsr olunmuş sərgi açıldı
12 noyabr 2024
# 11:45

Milli Kitabxanada “12 Noyabr - Konstitusiya Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub.

Kulis.az xəbər verir ki, virtual sərgidə Konstitusiya Günü haqqında rəsmi sənəd, Azərbaycan Respublikasının Konstitusiyası, fotolar, məqalələr, Azərbaycan və xarici dillərində kitablar nümayiş olunur.

Virtual sərgi ilə https://anl.az/el/vsb/12Noyabr_Konstitusiya_gunu/index.htm linkindən istifadə edərək tanış ola bilərsiniz.

Ənənəvi sərgidə isə Konstitusiya hüququ, tarixi, Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Konstitusiyası və s. mövzularda Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.

Qeyd edək ki, Ulu Öndərin şah əsəri hesab edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq referendum əsasında qəbul edilib. 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin Sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan olunub. 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olan Konstitusiyaya 2002, 2009 və 2016-cı illərdə referendum yolu ilə əlavə və dəyişikliklər edilib.

# 2482 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər