“Kompozisiyanın əsasları” adlı təlim proqramı elan edildi

“Kompozisiyanın əsasları”  adlı təlim proqramı elan edildi
3 mart 2026
# 12:30

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) fotoqrafiya və vizual hekayə sahəsinə maraq göstərən gənclər üçün “Kompozisiyanın əsasları” adlı təlim proqramını elan edib.

Kulis.az xəbər verir ki, bu proqramın məqsədi vizual düşüncəni inkişaf etdirmək, iştirakçıların estetik baxışını formalaşdırmaq və onların texniki biliklərini yaradıcı ifadə imkanlarına çevirməsinə dəstək olmaqdır. Təlim həm fotoqrafiyaya yeni başlayan, həm də öz bacarıqlarını daha da təkmilləşdirmək istəyən gənclər üçün nəzərdə tutulub.

Təlimlər 2 ay ərzində, həftədə 2 dəfə olmaqla həyata keçiriləcək. İştirak etmək istəyənlər tələb olunan materialları martın 31-dək 1 PDF faylında (fayl müraciətçinin adı və soyadı ilə adlandırılmalıdır) [email protected] elektron ünvanına “Kompozisiyanın əsasları” başlığı ilə göndərməlidirlər.

Seçilmiş iştirakçılar iki ay ərzində intensiv təlim proqramında iştirak edərək həm nəzəri, həm də praktik biliklər əldə edəcəklər.

Qeyd edək ki, təlimdə iştirak pulsuzdur.

# 1086 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər