"Köhnə Bakı açıqcalarda" nümayiş etdirilir

"Köhnə Bakı açıqcalarda" nümayiş etdirilir
11 sentyabr 2025
# 10:10

Milli Azərbaycan Tarixi Muzeyində "Köhnə Bakı açıqcalarda" sərgisi açılıb.

Kulis.az xəbər verir ki, Milli Azərbaycan Tarixi Muzeyinin və Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə keçirilən sərgi 15 sentyabr Bakının azad olunması gününə həsr olunub. Sərginin kuratoru Azərbaycan Fotoqraflar Birliyinin təsisçisi Mirnaib Həsənoğludur.

Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı bildirib ki, sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr fondunda qorunan, XIX-XX əsrləri əhatə edən 74 orijinal açıqca ilk dəfə sərgilənir. Şəxsi kolleksiyalardan toplanmış açıqcalarda Bakının dənizkənarı sahili, təkrarsız memarlıq nümunələri yer alıb.

Azərbaycan Fotoqraflar Birliyinin sədri Aymira Süleyman qeyd edib ki, ilk dəfə nümayiş olunan orijinal açıqcalar, əslində, bir şəhərin xatirələr kitabıdır.

Sərgi 10 gün davam edəcək. Sərgidə izləyicilər paytaxtın həmin dövrdəki mənzərəsinə, əhalinin məşğuliyyətinə, Bakının köhnə görüntülərinin əks olunduğu təsvirlərə tamaşa edəcəklər.

Burada, həmçinin azərbaycanlı fotoqraf Əzizbala Hacıyevin (1895-1973) "Kodak Monopol" fotokamerası, XX əsrin əvvəllərində istehsal olunmuş stereo eynək və muzeyin kitabxanasında qorunan Bakı haqqında nəşrlər nümayiş etdirilir.

Qeyd edək ki, sərgidə izləyicilər üçün açıqcalar haqqında virtual məlumat yaradılıb.

# 1453 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər