Klassik musiqi gecəsi təşkil olunacaq

Klassik musiqi gecəsi təşkil olunacaq
25 aprel 2022
# 14:00

Aprelin 27-də dünya şöhrətli musiqiçi, violenç ifaçısı və dirijor, həmvətənimiz Mstislav Rostropoviç vəfatının 15-ci ildönümü tamam olacaq.

Kulis.az xəbər verir ki, bu məqsədlə elə həmin gün maestronun doğulduğu evdə - L.və M.Rostropoviçlərin ev-muzeyində “Maestrosuz 15 il” adlı tədbir keçiriləcək.

Maestronun əziz xatirəsinə həsr olunmuş klassik musiqi gecəsində Azərbaycanın Əməkdar artisti Aleksey Miltıx, Respublika və beynəlxalq müsabiqələr laureatları, prezident təqaüdçülərinin ifasında klassik əsərlər səsləndiriləcək. Həmçinin muzeyin əməkdaşı, Prezident təqaüdçüsü, İkinci Qarabağ müharibəsi qazisi, bəstəkar Vüqar Məmmədzadənin “Trio” əsərinin təqdimatı keçiriləcək. Bununla yanaşı, kinorejissor Z.Şıxlinskinin M.Rostropoviçə həsr etdiyi “Doğma diyar” filminin yeni versiyası nümayiş olunacaq. Daha sonra 150 nömrəli tam orta məktəbin şagirdləri Maestroya həsr edilmiş “Violonçel ustadı” və “Maestro və Zaman” adlı şeirləri səsləndirəcəklər.

# 2604 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər