Kitabxana əməkdaşları üçün təlim təşkil olundu

Kitabxana əməkdaşları üçün təlim təşkil olundu
7 mart 2025
# 16:30

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Azərbaycan Milli Kitabxanasının tərəfdaşlığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Şəki şəhəri və ətraf rayonlarda yerləşən kitabxanaların əməkdaşlarının peşəkar inkişafına töhfə vermək, onların müasir kitabxana idarəçiliyi, rəqəmsal resurslardan istifadə və oxuculara xidmət sahəsində yeni metodoloji yanaşmalarla tanış olmalarını təmin etmək məqsədilə 2025-ci ilin 6 mart tarixində Şəki şəhər Heydər Əliyev Mərkəzində təlim keçirilib.

Kulis.az xəbər verir ki, təlimdən öncə MEMİM-in direktoru vəzifəsini icra edən Vüqar Hümbətov və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Emil Bədəlov çıxış edərək təlimin kitabxana əməkdaşlarının təkmilləşməsi üçün əhəmiyyətinə diqqət çəkiblər.

Daha sonra Azərbaycan Milli Kitabxanasının direktor müavini, Tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova və Milli Kitabxananın şöbə müdiri Sevinc Əfəndiyeva “Müasir kitabxanalarda elektron – informasiya xidmətinin təşkili” və “KOHA Avtomatlaşdırılmış Kitabxana İdarəetmə Sisteminin kitabxanalarda tətbiqi” mövzularında məruzə və təqdimatla çıxış ediblər. Təlimdə Şəki ilə yanaşı Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakəndən olan kitabxana əməkdaşları iştirak ediblər.

Sonda mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbir çərçivəsində Milli Kitabxananın nəşrlərinin təqdimatı keçirilib və kitablar yerli kitabxanalara hədiyyə edilib.

# 2830 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər